Samuxda ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın ölüb

6 Avqust 2025 10:34 (UTC+04:00)

Samux rayonunda ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın ölüb. SİA-nın məlumatına görə, Samux rayon sakini, 1983-cü il təvəllüdlü S.Əliyeva iyulun 30-da evində ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Ağır halda xəstəxanaya yerləşdirilən qadın 6 gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.