Azərbaycan Karate-Do federasiyasının prezidenti vəfat edib

6 Avqust 2025 10:21 (UTC+04:00)

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib. Bu barədə SİA-ya federasiyanın mətbuat xidmətindən bildirilib.

Qurum rəhbərinin hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, dünya və Avropa çempionu olmuş A.Məmmədov 2023-cü ildən Karate-Do Federasiyasına rəhbərlik edirdi.