Ağstafada 30 yaşlı qadını avtomobil vuraraq öldürüb

6 Avqust 2025 10:02 (UTC+04:00)

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

"KİA" markalı avtomobilin vurduğu piyada, 1995-ci il təvəllüdlü R.Tağıyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.