Bakıda 40 dərəcə isti olub

6 Avqust 2025 09:56 (UTC+04:00)

Azərbaycanda avqustun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.