Füzulidə 6 otaqlı ev yanıb

6 Avqust 2025 09:23 (UTC+04:00)

Füzulidə 6 otaqlı ev yanıb. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Aşağı Kürdmahmudlu kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin taxta atmaları 40 m² sahədə və evə bitişik ümumi sahəsi 20 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.