Türkiyənin "Qalatasaray" komandası futbolçusu Yunus Akgünlə müqaviləni uzadıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı oyunçu ilə 2029-cu ilədək müqavilə imzalanıb.
Onun hazırkı sözləşməsi 2026-cı ildə başa çatırdı.
Y. Akgün İstanbul təmsilçisinin yetirməsidir.