Yaponiya ABŞ-la genişmiqyaslı təlimlər keçirəcək

6 Avqust 2025 06:26 (UTC+04:00)

Növbəti ay Yaponiya hərbçiləri ABŞ dəniz piyadaları ilə birgə “Resolute Dragon” adlı genişmiqyaslı təlimlər keçirəcək. SİA xəbər verir ki, bu barədə Yaponiya ordusunun komandanlığı məlumat yayıb. Məlumata görə, bu təlimlərdə ən yeni reaktiv sistemlərdən istifadə ediləcək. Hərbi təlimlərin 11-25 sentyabrda keçiriləcəyi bildirilib.