Netanyahu Qəzza ilə bağlı üç saatlıq görüş keçirdi

6 Avqust 2025 03:25 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu “təhlükəsizlik məsələləri”nə həsr olunmuş görüş keçirib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Məlumata görə, görüş üç saata yaxın davam edib. “Müzakirə zamanı İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək fəaliyyət variantlarını təqdim edib. İsrail ordusu hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı həyata keçirməyə tam hazırdır”, - ofisdən bildirilib.