“Fənərbaxça” və “Beşiktaş”ın oyunları təxirə salındı

6 Avqust 2025 01:20 (UTC+04:00)

Türkiyə Superliqasının yeni mövsümün ilk turunun üç oyunu təxirə salınıb. SİA xəbər verir ki, buna səbəb klubların avrokuboklarda iştirak etməsidir.

Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Fatih Karagümrük” – “Başakşehir” matçları təyin olunmuş vaxtda baş tutmayacaq. Qarşılaşmaların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat hələlik verilməyib.

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasında, “Beşiktaş” və “Başakşehir” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.