UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüşün 18-ci dəqiqəsində Toral Bayramov penaltidən fərqlənib.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
22:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən ilk oyun başlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.