İsveçrə prezidenti Trampla “fəlakətli” söhbətdən sonra ABŞ-a uçdu...

5 Avqust 2025 19:05 (UTC+04:00)

İsveçrə prezidenti Karin Keller-Sutter ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona uçub.

Bu, Ağ Ev rəhbəri ilə son danışıqların nəticəsiz qalmasından sonra baş verib.

SİA xəbər verir ki, İsveçrə hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüşün məqsədi ABŞ-ın ixrac rüsumlarını müzakirə etmək olacaq.

Keller-Satterlə görüşə Federal Şuranın vitse-prezidenti Qay Parmelin də uçub.

…Səfərin məqsədi ABŞ-ın narahatlığını nəzərə alaraq, İsveçrə ixracına əlavə rüsumların səviyyəsini azaltmaq üçün daha cəlbedici təklifi ABŞ-a təqdim etməkdir.

Bunu İsveçrə hökumətinin mətbuat xidməti bildirib. Xatırladaq ki, Tramp bundan əvvəl İsveçrəyə 39 faiz rüsum tətbiq etmişdi.

Bu, ABŞ-ın ticarət tərəfdaşlarına tətbiq etdiyi ən yüksək tariflərdən biri oldu. Eyni zamanda, avqustun 3-də Keller-Sutter artıq Ağ Evin rəhbəri ilə bu mövzunu müzakirə etməyə çalışıb – media bu söhbəti “fəlakətli” adlandırıb.

Əli Babayev