Tələbələrin köçürülməsinə dair nəticələr elan edilib

5 Avqust 2025 18:32 (UTC+04:00)

İyulun 15-dən 22-dək tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak edənlərin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq köçürülmənin nəticəsinə dair qəbul edilmiş qərarı təsdiqləməlidirlər.

Son tarix: 8 avqust 2025-ci il

Qərar təsdiqlənmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcək.