DİQQƏT: “WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

5 Avqust 2025 15:18 (UTC+04:00)

“WhatsApp” mesajlaşma tətbiqində “Qonaq çatı” adlı yeni funksiya istifadəyə veriləcək. Bu funkisya messencer istifadəçilərinin qeydiyyatda olmayan istifadəçilərlə mesajlaşmasına imkan verəcək. SİA xəbər verir ki, bu barədə "WABetaInfo" portalı yazır.

Yeni çatın yaradılması zamanı istifadəçi telefon nömrəsini göstərmədən ünsiyyət ayarını seçə biləcək. Tətbiq bu zaman unikal bir link generasiya edəcək ki, onu mesajlaşma üçün həmsöhbətə göndərmək lazım gələcək. Həmin linkə keçməklə istifadəçi artıq mövcud olan çatda “WhatsApp”ın veb-versiyasını açmış olacaq.

"Qonaq çatı"nda vaxt məhdudiyyəti olmasa da, müəyyən funksional məhdudiyyətlər mövcuddur: tərəflər arasında yalnız mətn mübadiləsi aparıla bilər. Belə çatda media faylları, sənədlər, stikerlər və GIF animasiyalarının göndərilməsi dəstəklənmir.