Bakıda ev yanıb, bir nəfər xəsarət alıb

5 Avqust 2025 10:28 (UTC+04:00)

Bakıda dörd otaqlı ev yanıb. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.