NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşıb

5 Avqust 2025 10:18 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,61% azalaraq 2,936 ABŞ dolları təşkil edib.