"Qalatasaray" PSJ-nin oyunçusu üçün danışıqlara başlayıb

5 Avqust 2025 09:56 (UTC+04:00)

Türliyənin "Qalatasaray" klubu Fransa təmsilçisi PSJ-də çıxış edən qapıçı Matvey Safonovun transferi üçün danışıqlara başlayıb. SİA xəbər verir ki, mümkün sövdələşmənin təfərrüatları hələlik açıqlanmayıb.

Paris klubu daha əvvəl rusiyalı qolkiperi almağı "sarı-qırmızılar"a təklif edib.

Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin iyulunda PSJ-yə keçib. O, komandanın heyətində Çempionlar Liqası, Liqa 1, Fransa Kuboku və Superkubokunda qızıl mükafat əldə edib.