Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanılıb

4 Avqust 2025 20:31 (UTC+04:00)

Bakının Nizami və Suraxanı rayonlarında yerləşən iki köşkdən oğurluqlar edilib və zərərçəkənlərə 4 min manata yaxın ziyan vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Ə.Əliyev saxlanılıb.

Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bank kartından 465 manat pul oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.