Kazanda 185 saylı uşaq bağçasında yanğın baş verib, uşaqlar və müəssisənin əməkdaşları təxliyə edilib.
SİA xəbər verir ki, bu barədə “Tatar-inform” məlumat yayıb. Yanğının Qluşko küçəsində yerləşən uşaq bağçasında baş verdiyi dəqiqləşdirilir. Binanın zirzəmisində çarpayı yanıb. Yanğının sahəsi iki kvadratmetr olub.
...Yanğınsöndürənlər gələnə qədər uşaq bağçasının rəhbərliyi 70 uşağı və 15 işçini təxliyə edib, - Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsi bildirib.
“Tatar-inform”un məlumatına görə, heç kim xəsarət almayıb. Yanğının səbəbini Dövlət Yanğın Nəzarəti Xidmətinin müstəntiqləri müəyyən edəcək.
Nazlı Almuradova