Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.
Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.
Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.