Zelenski administrasiyası proqnoz verib...

4 Avqust 2025 18:46 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı birləşmiş tədbirlər - ikinci dərəcəli tariflər və sanksiyalar tətbiq edə bilər.

SİA-nın məlumatına görə, RBC-Ukrayna xəbər verir ki, bunu Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk deyib.

Vlasyuk vurğulayıb ki, Amerika lideri Rusiyaya qarşı istənilən sanksiyaları tətbiq etmək üçün bütün vasitələrə malikdir. "Yaxşı xəbər odur ki, məndə olan məlumata görə, onların Rusiyaya qarşı sanksiyalarla bağlı artıq hazırlanmış qərarı var. Əgər onların prezident Trampa təklif edəcəkləri "menyu" istəsəniz. Düşünürəm ki, bu, həm ikinci dərəcəli tariflərin, həm də ikinci dərəcəli sanksiyaların müəyyən qarışığı olacaq, - o əlavə edib.
Vlasyukun sözlərinə görə, söhbət 100 faiz ikinci dərəcəli tariflərdən, həmçinin konkret şirkətlərə və insanlara qarşı sanksiyalardan gedir.

Nazlı Almuradova