“İçərişəhər” Qoruğuna yeni təyinat

4 Avqust 2025 18:27 (UTC+04:00)

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinə yeni üzv təyin olunub.

SİA-nın məlumatına görə, bu posta 2025-ci ilin aprel ayından İdarənin aparat rəhbəri vəzifəsində çalışan Fuad Xəlilov gətirilib.

Qeyd edək ki, F.Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlayıb, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə işləyib.