Spirtli içki qəbul edən Qax rayon sakini dünyasını dəyişib. SİA xəbər verir ki, 55 yaşlı Əşrəf Əfəndiyev Qax şəhərindəki kafelərdən birinə gələrək spirtli içki qəbul edib və az sonra həmin məkanda dünyasını dəyişib.
İlkin araşdırmalarla mərhumun spirtli içki aludəçisi olduğu müəyyən edilib.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.