Bakıda cüdo üzrə “Kata for All” festivalı keçiriləcək

4 Avqust 2025 15:12 (UTC+04:00)

Cüdo üzrə milli komandaların Bakıdakı Təlim-Məşq Mərkəzində “Kata for All” kata festivalı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, BCF Akademiyasının təşkilatçılığı ilə keçiriləcək festivalda Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər və gənc idmançılar üçün seminar təşkil olunacaq.

Festivalın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, seminar avqustun 16-17-də keçiriləcək.