Medvedev dilim-dilim olmuş dilini dişləyib..?

5 Avqust 2025 00:34 (UTC+04:00)

...2020-ci ildə hökuməti tərk etdikdən sonra Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilən Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev, ABŞ prezidenti Donald Trampın Medvedevin “Ölü əl”dən – cavab nüvə zərbəsi sistemindən istifadə etmək hədələrinə cavab olaraq Rusiyaya nüvə sualtı qayıqlarının təhvil verildiyini elan etməsindən sonra sosial mediada qəfil susdu.

Əvvəllər heç bir kəlmə kəsməyən və Kremlin aqressiv ritorikasının əsas ruporu olan Medvedev iyulun 31-dən bəri öz Telegram kanalında bir dənə də olsun yazı dərc etməyib. Daha sonra o, Hindistan və Rusiyanın “ölü iqtisadiyyatı” ilə bağlı bəyanatlara cavab olaraq Trampı nüvə müharibəsi və “gəzən ölülər”lə hədələyib.

Medvedevin həm rus, həm də ingilis dillərində olan X (keçmiş Twitter) hesabları da susub.

Medvedevin yazılarına cavab olaraq Tramp əvvəlcə ona “sözlərinə diqqət yetirin” deyib, daha sonra isə Amerika xalqını “qorumaq” üçün “müvafiq ərazilərə” ABŞ Hərbi Dəniz Qüvvələrinin iki sualtı qayığını yerləşdirəcəyini bəyan edib.

Tramp daha sonra sualtı qayıqları Rusiyaya yaxınlaşdırdığına aydınlıq gətirib və ABŞ-ın nüvə müharibəsinə “tam hazır olduğunu” bildirib.

“Təhdid edilib və biz bunu yersiz hesab etdik”, - Tramp deyib.

Medvedev, yəqin ki, "şokdadır", politoloq Abbas Qalyamov deyir ki, “…o, sözlərin nəticəsi olmaq vərdişini çoxdan itirib. "Gəl danışaq, Yemelya, sənin həftəndir" rejimində yaşamaq onu bundan uzaqlaşdırıb".

… Hərbi ekspert Yuri Fedorov deyir ki, Tramp hansı sualtı qayıqlardan bəhs etdiyini dəqiqləşdirməsə də, çox güman ki, Ohayo sinfinə aid strateji sualtı qayıqları nəzərdə tuturdu. …Hər belə raketdaşıyıcıda 24 Trident raket buraxılış qurğusu var. Hər Trident raketində isə 8 döyüş başlığı var. Təxminən 100 kiloton tutumlu…

Bunu Fedorov deyir.

Beləliklə, yalnız Trampın adı çəkilən iki sualtı qayıqda 350-dən çox döyüş başlığı var. Onlar Rusiyanın Avropa ərazisini, həmçinin Medvedevin Trampı hədələdiyi “Ölü əl”in qərargahının yerləşdiyi Yamantau dağını tamamilə məhv etməyə qadirdir.

Bunu da Fedorov qeyd edir.

…Sakit Okean Forumunun (Havay) baş elmi işçisi və NATO Silahlara Nəzarət, Silahsızlaşdırma və Kütləvi Qırğın Silahlarının Yayılmaması Mərkəzinin keçmiş direktoru Uilyam Alberk hesab edir ki, Trampın bəyanatları Putinə “Dmitri Medvedevin insanlara onun varlığını xatırlatmaq cəhdlərini” qiymətləndirmədiyinə dair siqnaldır.

…Düşünürəm ki, Putin sonda Trampın mesajını başa düşəcək, xüsusən Medvedevin əsassız bəyanatları indi Baydenin prezidentliyi dövründə olduğundan daha az dəyərlidir, Qərbi cilovlamaq strategiyası…

Alberk bunu RBC-yə deyib. O, Putinin gec-tez vəziyyəti düzəldəcəyini də təklif edib.

Əli Babayev