Oğuzda 34 yaşlı şəxs bıçaqlanıb

4 Avqust 2025 14:56 (UTC+04:00)

Oğuzda fəaliyyət göstərən kafelərin birində 34 yaşlı şəxs bıçaqlanıb. SİA-nın məlumatına görə, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.