Azərbaycanda 7 sığorta agentinin lisenziyası ləğv edilib

4 Avqust 2025 14:34 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 7 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə SİA-ya tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar iyulun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alınaraq qəbul edilib.