"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub. SİA-nın məlumatına görə, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III təsnifat mərhələsində Şimali Makedniya təmsilçisi "Şkendiya"nı mübarizədən kənarlaşdırsa, növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq.