3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib

4 Avqust 2025 14:00 (UTC+04:00)

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli - Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya, 3-ü isə klub - “Zaqreb” (Xorvatiya), “Şanxay” (Çin), “Rapid” (Rumıniya) olacaq.

Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr meydanında baş tutacaq.