Hərbi Prokurorluqda yeni təyinat olub

4 Avqust 2025 12:52 (UTC+04:00)

Hərbi Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinə rəis təyin olunub. SİA xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə ədliyyə polkovnik-leytenantı Günay Karlen qızı Əsgərova təyin olunub.