Misli Premyer Liqasında son dörd mövsümün tamaşaçı sayı açıqlanıb. SİA Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, 2021/2022 mövsümündə 112 oyunda ümumilikdə 89 010 azarkeş matçları tribunadan izləyib.
Orta göstərici 795 tamaşaçı olub.
2022/2023 mövsümündə bu rəqəm 261 564 (orta göstərici 1453), 2023/2024 mövsümündə 276 487 (orta göstərici 1536), 2024/2025 mövsümündə isə 275 933-ə (orta göstərici 1533) çatıb. Hər üç mövsümdə 180 qarşılaşma baş tutub.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.