"Ermənilər həm musiqimizi, həm də dizaynlarımızı mənimsəyirlər". Azərbaycanlı dizayner Aynur Xəlilova SİA-ya açıqlamasında illərdir dizaynlarının icazəsiz paylaşılmasından və satışa çıxarılmasından narahat olduğunu bildirib:
“Tək bir səhifə deyil, bir neçə qlobal səhifə mənim dizaynlarımı paylaşır, satırlar. Üstəlik fon musiqisi də oğurluqdur. Həm musiqimizə, həm də dizaynımıza sahib çıxırlar. Uzun müddətdir bunu görürəm, izləyicilərim paylaşım ediləndə mənə yönləndirirlər. Artıq zaman-zaman bu hallarla qarşılaşdığım üçün öyrəşmişəm desəm də, bu vəziyyətin arxasında ermənilərin dayanması və onlar tərəfindən dizaynlarım üzərindən pul qazanılması bir Azərbaycanlı olaraq məni ciddi narahat edir. Təəssüf ki, bu səhifələr çox olduğuna görə şikayət etmək də çətinləşir”.
Müəllif: Fatimə Əliyeva