Yəmən sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq aşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli insidentdə 68 nəfərin öldüyü bildirilir.
Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq əlverişsiz hava səbəbindən çevrilib, 68 nəfər ölüb. Ebyen Əyaləti Polis İdarəsi açıqlamasında bildirib: "Afrika Buynuzu bölgəsindən gələn, qeyri-qanuni yollarla Yəmən ərazisinə girməyə cəhd edən qayığın batması nəticəsində həyatını itirən çoxlu sayda efiopiyalı qeyri-qanuni miqrantın cəsədlərinin çıxarılması üçün genişmiqyaslı əməliyyat davam edir".
Səlahiyyətlilər cəsədlərin müxtəlif sahil zolağında tapıldığını və bəzilərinin hələ də itkin düşdüyünü bildirib.