Rusiya ordusu Zaporojyedə mülki insanları atəşə tutub, 3 nəfər həlak olub

4 Avqust 2025 01:57 (UTC+04:00)

Rusiya hərbçiləri Zaporojye vilayətinin Stepnoqorsk yaşayış məntəqəsini atəşə tutub. Hücum nəticəsində 3 mülki şəxs həlak olub. SİA xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, mülki insanlara hücum edilib.

"Zərbələr nəticəsində 3 nəfər - 50 və 40 yaşlı kişi, 58 yaşlı qadın həlak olub", - deyə o əlavə edib.