Gədəbəydə avtomobil dərəyə aşıb, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

3 Avqust 2025 19:09 (UTC+04:00)

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çııxıb. Nəticədə avtomobil dərəyə aşıb.

Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.