Belarusda nikahların sayı kəskin azaldığı deyilir...

3 Avqust 2025 21:14 (UTC+04:00)

Bu arada hamı öz dədindən danışır...və belruslar da yazırlar ki, guya son 10 il ərzində ölkədə bağlanan nikahların sayı 45 faiz azalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, Euroradio-nun hesabladığı müxtəlif dövrlər üçün Belstat məlumatlarından irəli gəlir.

Deməli, yenə belarusların dediyinə görə, 2024-cü ildə ölkədə 46,2 min nikah və 34,9 min boşanma qeydə alınıb.

Müqayisə üçün: 2020-ci ildə hər iki rəqəm xeyli yüksək olub və 84 minə çatıb...

Nisbi göstəricilərə nəzər salsaq, 2024-cü ildə hər min sakinə 5,1 nikah düşdüyü halda, 2014-cü ildə bu nisbət 8,9 olub. Beləliklə, ölkədə nikahların sayının bugünkü səviyyəsi 1990-cı illərin ortalarında və sonlarında olduğundan daha da aşağı düşüb.

Nazlı Almuradova