Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub

2 Avqust 2025 18:25 (UTC+04:00)

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.