Çində insanabənzər robot ilk dəfə universitetə daxil olub

2 Avqust 2025 21:14 (UTC+04:00)

“South China Morning Post” xəbər verir ki, ali təhsil tarixində ilk dəfə olaraq insanabənzər robot Çinin aparıcı universitetlərindən birinə aspiranturaya qəbul edilib və bu, sosial mediada müzakirələrə səbəb olub.

Xueba adlı humanoid (Çin dilindən tərcümədə "əla tələbə" deməkdir-A.B.) Şanxay Teatr Akademiyasında dörd il teatr, kino və Çin operası üzrə təhsil alacaq.

Bundan sonra robot digər tələbələr kimi dissertasiya yazacaq. Robot həm də çətin ki, xarici görünüşünə görə sinif yoldaşlarından çox fərqlənsin. Adi bir yetkin kişiyə bənzəyir: boyu 175 sm, çəkisi isə 30 kq-dır. Xueba fiziki olaraq insanlarla ünsiyyət qura və emosiyaları ifadə edə bilir. Üzündəki xüsusi silikon örtük sayəsində təkcə sözlərlə deyil, həm də üz ifadələri ilə.

Xueba 01 özünü "süni intellektə malik sənətkar" adlandırır. O, zarafatla deyirdi ki, əgər ali təhsil almasa, onu sadəcə olaraq sıfırlayıb muzeyə verə bilərlər, sonra isə heç olmasa “sənət tarixinə düşəcək”.

Hekayə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri Xueba 01-in insan-robot münasibətində mühüm vəzifəni üzərinə götürdüyünə inanaraq heyranlıqlarını ifadə etdilər.

Digərləri isə əksinə, layihəyə şübhə ilə yanaşırdılar. Bir istifadəçi yazıb ki, “incəsənət həyat təcrübəsinə ehtiyac duyur və alqoritmlə idarə olunan robotun yaradıcılığı bunu həqiqətən çatdıra bilməz”.

...Çində bəzi aspirantlar hələ də ayda 3000 yuandan (420 ABŞ dolları) az qazanırlar. Bu robot real tələbələr üçün nəzərdə tutulmuş həddən artıq çox resurs tələb etmirmi?.

Bunu bir başqası soruşdu.

Nazlı Almuradova