Amerikalı basketbolçu ulduz Bakıda

2 Avqust 2025 10:48 (UTC+04:00)

“Abşeron Lions” yeni basketbolçu transfer edib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Ceyms Frazier heyətə cəlb olunub.

Qeyd edək ki, 30 yaşlı oyunçu daha əvvəl İtaliya, Almaniya, Fransa və Çin kimi ölkələrdə çıxış edib.

O, Türkiyədə "Samsunspor", "Bornova Bələdiyyəspor" və son olaraq "Bandırma Bordo" klublarının uğurları üçün çalışıb.