Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb

2 Avqust 2025 10:47 (UTC+04:00)

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tüfəng, 18 ədəd süngü-bıçaq, 323 patron darağı və 11 min 511 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.