Ulduz futbolçu klubdan ayrıldı

2 Avqust 2025 09:36 (UTC+04:00)

İngiltərənin "Tottenhem" klubu futbolçusu Son Hın Minlə vidalaşıb. SİA-nın verdiyi məlumata görə, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cənubi Koreyadan olan hücumçunun öz istəyi ilə komandadan ayrıldığı bildirilib.

33 yaşlı forvard bunun karyerasının ən çətin qərarı olduğunu söyləyib.

Qeyd edək ki, Son Hın Min 2015-ci ildən "Tottenhem"in formasını geyinib. O, ötən mövsüm paytaxt klubu ilə UEFA Avropa Liqasının qalibi olub.