Bu bölgədə 5 vulkanda aktivlik qeydə alınıb - FOTO

2 Avqust 2025 08:59 (UTC+04:00)

Hazırda Kamçatkada beş vulkan aktivdir və onlara yaxınlaşmaq tövsiyə edilmir. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Alimlərin fikrincə, Şiveluç və Klyuçevskoy vulkanlarında aktivlik iyulun 30-da baş verən güclü zəlzələdən sonra artmağa başlayıb. Qeyd olunub ki, dəniz səviyyəsindən 10 km yüksəkliyə qədər kül emissiyalarının qalxması mümkündür.