Millimizin Çexiya ilə oyununun məkanı açıqlandı

2 Avqust 2025 08:37 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib. SİA xəbər verir ki, B qrupunun III turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.