Gürcüstan mətbuatı AZƏRTAC-ın bəyanatını yayıb

1 Avqust 2025 18:20 (UTC+04:00)

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın Rusiyanın TASS informasiya agentliyinin “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbəri ilə bağlı xüsusi bəyanatı Gürcüstan mətbuatının diqqətində olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanat geoecohub.ge, qafqazturk.com, apsny.ge, aktual.ge və digər informasiya portallarında yerləşdirilib.