Emin Əmrullayev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTOLAR

1 Avqust 2025 15:50 (UTC+04:00)

Avqustun 1-də elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşüb. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Ukrayna ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.