Magistraturaya sənəd qəbulu müddəti uzadılıb

1 Avqust 2025 15:38 (UTC+04:00)

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb. Bu barədə SİA-ya Elm və Təhsil nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.