Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib

1 Avqust 2025 13:35 (UTC+04:00)

Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov “Şöhrət” ordeni ilə təltif edillib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, avqustun 2-də aktyor Fəxrəddin Manafovun 70 yaşı tamam olacaq.