Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub. SİA xəbər verir ki, matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Duje Strukana Alen Jakšić və Marjan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terzić yerinə yetirəcək. VAR-da Mario Zebec, AVAR-da Ante Culjak əyləşəcək.
Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.