Fəhlə yıxılaraq ölüb

1 Avqust 2025 12:19 (UTC+04:00)

Abşeronda 48 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb. SİA-nın məlumatına görə, hadisə Xırdalan şəhərində yerləşən inşası davam edən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Tikinti sahəsində çalışan fəhlə hündür mərtəbədən yıxılaraq həyatını itirib.

Meyit müvafiq ekspertiza təyin olunmaqla aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.