Peşəkar Futbol Liqasının icraçı-direktoru UEFA tərəfindən təyinat alıb

1 Avqust 2025 11:01 (UTC+04:00)

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. SİA xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.