Azərbaycan sığortaçılarının I yarımildə fəaliyyətinin nəticələri müzakirə olunub

1 Avqust 2025 10:04 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb. SİA xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Görüşdə bu ilin I yarısında sektorun fəaliyyət göstəricilərii nkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılıb. Eyni zamanda, qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər diqqət mərkəzində olub", - deyə o qeyd edib.